AXCP sədrinin müavini Əbülfəz Qurbanlı istefa verib

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı istefa verib
# 08 iyul 2015 13:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Ə. Qurbanlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, dərin bağlı olduğu AXCP-dən istefa verir.

Ə. Qurbanlı bildirib ki, düz yolda olub və bundan sonra da düz bildiyi yolda olacaq: “Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım, haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

Ə. Qurbanlı özü isə APA-ya bildirib ki, bu barədə danışmaq istəmir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da APA-ya açıqlamasında hələ ki, Ə. Qurbanlı ilə əlaqə saxlaya və məsələni dəqiqləşdirə bilmədiklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR