Bakıda döyüş sursatı aşkarlanıb

Bakıda döyüş sursatı aşkarlanıb
# 16 avqust 2015 03:16 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.

Aşkar edilmiş “BK-125” markalı mərminin hissəsi mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR