Səhiyyə Nazirliyi: Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq

 Səhiyyə Nazirliyi: Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq
# 02 fevral 2018 09:12 (UTC +04:00)

“Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb”.


APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib.

P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq.

Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları” barədə də danışan P. Əzizbəyov qeyd edib ki, apteklərdə çalışan əczaçılar mütləq ağ xalat geyinməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR