San Dieqo Universitetinin rəhbərliyi Bakıya gəlir

San Dieqo Universitetinin rəhbərliyi Bakıya gəlir
# 06 aprel 2017 07:59 (UTC +04:00)

San Diego Universitetinin prezidenti, dekanları və professor-müəllim heyəti Bakıya gəlir.

Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlunun APA-ya verdiyi məlumata görə, səfərin məqsədi Bakıda SİTEM akademiyasının açılışını gerçəkləşdirməkdir. O. Həsənoğlu bildirib ki, rəhbəri olduğu Qlobal Karyera İnstitutu San Dieqo Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq gələcəkdə təhsil sahəsində böyük layihələrin həyata keçirilməsinə hesablanıb.

“İlk olaraq Qlobal Karyera İnstitutunun və San Diego Dövlət Universitetinin birgə təşkilatçılığı Bakıda SİTEM Akademiyasının açılışı olacaq. San Diego Dövlət Universitetinin nümayəndə heyətinin iştirakı ilə aprelin 8-də keçiriləcək tədbirə KİV təmsilçiləri, təhsil sahəsində çalışan şəxslər dəvət edilib” – deyə, O. Həsənoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR