Ötən ay “Azəriqaz”ın yeni abonentlərin sayı on min nəfərə yaxın artıb

Ötən ay “Azəriqaz”ın yeni abonentlərin sayı on min nəfərə yaxın artıb
# 09 fevral 2017 09:11 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 593 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bunun da 5 732-i Bakı, Abşeron və Sumqayıt, 3 861-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunana abonentlərin sayı 2 014 551-ə çatıb.

Qeyd edək ki, bu ilin fevralın 1-nə olan məlumata görə qeyri-əhali sektoru üzrə 409 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR