Şirvanda avtomobil 75 yaşlı qadını vurub öldürüb

Şirvanda avtomobil 75 yaşlı qadını vurub öldürüb
# 06 aprel 2017 18:37 (UTC +04:00)

Şirvanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Şirvan sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən şəhər sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Qocabəy oğlunun idarə etdiyi “QAZ-24” markalı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR