Şabranda qətl törədilib

Şabranda qətl törədilib
# 10 iyul 2018 09:59 (UTC +04:00)

Şabranda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq R.Əhmədovu xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR