Sumqayıtda maşınla vurulan piyada ölüb

Sumqayıtda maşınla vurulan piyada ölüb
# 12 mart 2019 10:00 (UTC +04:00)

Ötən gecə Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhərin Babək küçəsində yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Qədiməliyev Seymur Möhtərəm oğlunu " Daewoo Nexia" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR