İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 11 iyul 2017 11:25 (UTC +04:00)

İrandan Azərbaycana gələn vətəndaşdan narkotik aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR