Moldova xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Moldova xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
# 24 yanvar 2017 11:47 (UTC +04:00)

Fevral ayının sonunda Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O bildirib ki, L. Dariy Bakıda Azərbaycan-Moldova XİN-lər arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.


Bu il həmçinin Azərbaycan-Moldova iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasda Moldova baş nazirinin müavini Oktavian Kalmık iştirak edəcək. İclas zamanı iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR