Yunanıstan “Türk axını” qaz borusunun öz hissəsinin tikinti planını hazırlayıb

Yunanıstan “Türk axını” qaz borusunun öz hissəsinin tikinti planını hazırlayıb
# 09 iyul 2015 18:20 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın energetika naziri Panayotis Lafazanis “Türk axını” qaz borusunun Yunanıstan hissəsinin 2 mlrd avro dəyəri olan tikinti planını hökumətə təqdim edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Financial Times nəşri məlumat yayıb.

Panayotis Lafazanis bildirib ki, Afina bu məsələdə Aİ institutlarının göstərişləri ilə hərəkət etmək niyyətində deyil. Onun sözlərinə görə, Aİ Rusiyanın Yunanıstan böhranından öz xeyrinə istifadə edə biləcəyindən narahatdır.

Nazir həmçinin qeyd edib ki, Rusiya ilə razılaşma ölkənin xarici siyasətinin mühüm qərarıdır.

Məlumata görə, qeyd olunan layihə Yunanıstanda 20 min yeni iş yerlərinin açılmasına şərait yaradacaq. “Bunların hamısı yunan xalqının xeyrinə olacaq”, deyə Lafazanis bildirib.

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, “Türk axını” qaz borusunun Yunanıstan hissəsinin tikintisi ilə bağlı xərcləri Rusiya tərəfi öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR