Abşeronda dostunu bıçaqlayan şəxs həbsxanada ölüb - FOTO

Abşeronda dostunu bıçaqlayan şəxs həbsxanada ölüb - <span style="color: red;">FOTO
# 27 iyul 2017 10:42 (UTC +04:00)

Bakıda məhkum vəfat edib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1978-ci il təvəllüdlü Ramazanov Elnur Nadir oğlu xəstəlikdən vəfat edib.

Qeyd edək ki, E.Ramazanov 2014-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində tanışı, 1973-cü il təvəllüdlü Muradov Etibar Surxay oğlunu yeyib-içərkən bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR