Azərbaycan prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib

Azərbaycan prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib
# 07 fevral 2018 08:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR