Nazir: "Hasilatın azaldılması ilə bağlı qərar işləkdir"

Nazir: "Hasilatın azaldılması ilə bağlı qərar işləkdir"
# 13 aprel 2017 15:51 (UTC +04:00)

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə keçirdiyi görüşdə dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımları müzakirə edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, N. Əliyev OPEC və kartelə üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.

"Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR