Dövlət Komissiyası: Arsen Baqdasaryan hərbi əsir sayılmır, Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir

Dövlət Komissiyası: Arsen Baqdasaryan hərbi əsir sayılmır, Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir
# 28 noyabr 2017 10:06 (UTC +04:00)

"Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryanla bağlı məhkəmə qərarı olub. O, təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub".

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, A. Baqdasaryan hərbi əsir sayılmır.

"O, törətdiyi cinayətə əsasən Azərbaycanın müvafiq qanunvericiliyinə görə həbs olunub. Azərbaycanda saxlanılan digər şəxs - Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir. Həmin şəxsin saxlanılması beynəlxalq standartlara uyğundur.

Beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq təşkilatlar həmin şəxsə istədiyi zaman baş çəkir. Cenevrə konvensiyasına uyğun olaraq Azərbaycan öz öhdəliklərini yerinə yetirir, təşkilatların baş çəkməsi üçün bütün müvafiq şərait yaradılır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR