Bakı. Fuad Cəfərov - APA. Bakıda tikintidə bədbəxt hadisə baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, iyulun 20-də saat 08 radələrində Xətai rayonunun ərazisində inşa olunan binada işləyən Kürdəmir rayon sakini İxtiyar Aslanov ehtiyatsızlığından 2-ci mərtəbənin eyvanından yıxılaraq ölüb.