Ermənistan psixi xəstələr klinikası elan edilməlidir - MÖVQE

Ermənistan psixi xəstələr klinikası elan edilməlidir - <span style="color: red;">MÖVQE
# 10 iyul 2017 16:56 (UTC +04:00)

Əgər bir xalqda bu qədər ruhi xəstə, şizofrenik varsa, Ermənistan psixi xəstələr üçün klinika elan edilməli, hamı onlarla ehtiyatlı davransın deyə təcili ermənilərin hamısına dəlilik kağızı verilməli və dünyanın bütün həkimləri yığışıb nəhayət ki, bu dəlilərin müalicəsi ilə ciddi məşğul olmalıdırlar.

Bu yazının əslində 2013-cü ilin noyabr ayında yazılması planlaşdırılırdı. O vaxt Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu cəbhəboyu zonada təxribat törətməyə cəhd göstərmişdi. Ön xətt bölmələrimizin ayıq-sayıqlığı nəticəsində qrup vaxtında aşkar edilmiş, qabaqlayıcı tədbirlər nəticəsində itkilərə məruz qalan düşmən geri çəkilmişdi. Əslinə baxsan demək olar ki, burada maraqlı, qeyri-adi nə var ki, onsuz da Ermənistan tərəfi tez–tez belə təxribatlar törətməyə cəhd edir və hər dəfə də igid döyüşçülərimizin adekvat cavab tədbirləri nəticəsində itki verərərək əlləri dizdən aşağı geri qayıdırlar, heç nə əldə etmədən. Yəni Ermənistanının belə əməlləri törətməsi bizim üçün adi haldır. Çünki onların nə qədər mənfur və xain düşmən olduğunu bilirik.

Burada maraqlı olan fakt bir Ermənistan vətəndaşının təxribat qrupuna bələdçilik etməsi və qaçan düşmən əsgərlərinin yaralı bələdçini atıb qaçmaları idi, deyə düşünə bilərdik. Lakin ən maraqlısı həmin təxribat qrupunun üzvünün Azərbaycan ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra başladı. Bir-birinin ardınca Ermənistan tərəfi təxribat qrupunun həmin üzvü barədə yaydığı açıqlamalarda o şəxs psixi problemləri olan xəstə elan edildi. Ermənistan Müdafiə Nazirliyindən tutmuş, hətta kənd bələdiyyəsinə qədər çıxış edənlər həmin adamın psixi xəstə olduğunu “faktlar və sənədlərlə təsdiq etdilər”.

Sonradan buna bənzər hadisələr tez-tez təkrar olunurdu. Hər dəfə də Ermənistan tərəfi eyni ssenariyə əsasən, tutuquşu kimi təkrarlanan açıqlamlar səsləndirirdi. Bu hadisələr baş verərkən, yəni Ermənistan hərbçiləri biz tərəfə keçdikdə və yaxud təxribat qrupunun bir üzvü bizim hərbçilər tərəfindən ələ keçirildikdən sonra, Ermənistan rəsmi, ya da qeyri-rəsmi şəkildə, dərhal mütləq mənada həmin şəxsi psixi xəstə, dəli, ağlı özünü idarə etməyən, başdan xarab, zavalı, bədbəxt elan edir.

O vaxtlar bu hadisələrlə maraqlanarkən, qısa analiz edərkən dostlara deyirdim ki, əgər bizə tərəf keçən, hərbçilərimiz tərəfindən ələ keçirilən, qaniçən, quldur rejimdən bezərək canını, ailəsini götürüb Ermənistandan qaçanlar hamısı anormal, ağlı özünü idarə edə bilməyən, şizofrenikdirsə, onda belə çıxır ki, Ermənistan əhalisinin 30-40 faizi psixi xəstədir. Nəzərə alsaq ki, bədnam qonşu “dövlətdə” psixi problemləri ilə bağlı xəstəxanalarda müalicədə olan, qaçmağa imkan tapa bilməyən dəliləri də var. Onda orada olan pisixi problemli adamların sayı barədə statistik rəqəm daha böyük olacaqdır.

Bu ilin iyun ayının 21-də Azərbaycan Müdafiə Nazirliyi daha bir düşmən təxribat diversiya qrupunun qarşısının alınması barədə məlumat yaydı. Yenə də həmin diversiyanın qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınarkən düşmən itkilətrə məruz qaldı. Geri çəkilərkən təxribat qrup öz bələdçisini atıb qaçdı. Ələ keçirilən 16 noyabr 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan kamera qarşısında özü haqqında “Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbəçiliyinə cəlb olunuram. Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orda olan əsgərləri öldürmək olub. Qrupumuzun tərkibində iki nəfər yaralı oldu. Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeleri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər” deyə danışdı.

Bu dəfə də qarşı tərəf eyni ssenari ilə, amma daha “təkmilləşdirilmiş plan” əsasında hərəkət etdi. Amma nədənsə bu dəfə tələm–tələsik yox, çox götür-qoy edərək, gec açıqlama verdilər. Və bəlli oldu niyə yubandılar, səslərini çıxarmaqda. Səbəbi isə əsaslı şəkildə hazırlaşmaları və daha “dəqiq” faktları ortaya çıxarmaq üçün vaxt tələb olunması idi. Vanadzor meri Mamikonun gözünə “birtəhər” dəyən, lakin duruşuğundan, danışığından peşəkar terrorçu, qaçaq-quldur təsiri bağışlayan, cüssəli Zaver Karapetyan “zibilyığan, “detdom uşağı”, dəlixanada yaşayan ruhi xəstə, heç kimi olmayan”, heç yerdə yaşamayan, zavalı” adlandırıldı və “müvafiq sənədlərlə dəqiq sübuta da yetirildi. Bu dəfə Ermənistan təbliğat maşını o qədər irəli getdi ki, oxudauqlarını istehza ilə qarşılamamaq mümkün deyil.

Dovex kəndinin “starostasından” tumuş, şəhər meri, polis rəisi, ermənilərin baş psixiatoru, dəlilərinin baş həkimi, qocalar evinin rəhbərliyinədək, kimləri qatmadılar “bu dahi, ağır prosesə”. Hətta 90-cı illərdə Ermənistanda olan Şarl Aznavur da, bu zavallının qocalar evində qeydiyyata düşməsinə kömək edibmiş deyə məlumat yaydılar. Bizdə deyirlər, utanmasan oynamağa nə var ki. Ermənidə isə utanan üz görmədik bu günə qədər.

Bu arada Ermənistan mətbuatı psixi xəstələr barədə açıqlamalarla daha bir ermənini “şizofrenik” elan etdil. Parisien və Europe.fr, də çıxan xəbəri şərh edən Ermənistan elektron informasiya portalları yazır ki, sən demə “Paris yaxınlığında məscidin qabağında olan müsəlmanları avtomobili ilə əzib keçmək istəyən erməni sürücü “şizofreniyadan” əziyyət çəkirmiş”.

Fikrimcə düşmən təbliğat maşınının yaydığı məlumatlarda ən maraqlı fa­­kt odur ki, nədənsə onların xaricdə yaşayan bütün “ruhi xəstələri” ancaq, müsəlmanları, türkləri qətlə yetirəndə “dəli olurlar”. Ermənistan adlandırdıqları yerdə yaşayan psixi xəstələrin dəliliyi tutanda isə, başqa istiqamətə yox, ancaq və ancaq Azərbaycanın işğal olunmuş ərazilərinə, cəbhəboyu zonaya, qoşunların təmas xəttinə üz tuturlar.

Və nəhayət iyulun 4-də yolunu azaraq Füzuli rayonuna gəlib çıxmış belə Ermənistanlı “şizofreniklər” tərəfindən Azərbaycanlı qızcığaz, 2 yaşlı Zəhra nənəsi ilə birlikdə qətlə yetirildi. Əgər bir xalqda bu qədər ruhi xəstə, şizofrenik varsa Ermənistan psixi xəstələr üçün klinika elan edilməli, hamı onlarla ehtiyatlı davransın deyə təcili ermənilərin hamısına dəlilik kağızı verilməli və dünyanın bütün həkimləri yığışıb nəhayət ki, bu dəlilərin müalicəsi ilə ciddi məşğul olmalıdırlar.

Ermənistan rəhbərliyinin açıqlamalarını və mətbuatının yaydığı məlumatları oxuyarkən belə anlaşılır ki, bura respublika, yox başdan-ayağa elə dəlixanadır! Bu psixi xəstələrin müalicəsi dərhal başlamalıdır. Sonra gec olacaq. Çünki dünyanın hər yerinə yayılmış şizofrenik ermənilərin hamısının dəliliyi tutsa kim “zəmanət” verir ki, “zavallı, psixi xəstə ermənilər” yaşadıqları hər ölkədə məsum körpələri, qocaları, qadınları qanına qəltan etməyəcəklər.

İsa Eldaroğlu, Hərbi jurnalist

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR