Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 20%-dən çox artıb

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 20%-dən çox artıb
# 17 dekabr 2019 16:46 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 730 529,94 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 464 017,62 min dollar və ya 20,5% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 60 281,52 min dollar və ya 10,1% artaraq 660 357,28 min dollar, idxalın həcmi isə 403 736,1 min dollar və ya 24,2% artaraq 2 070 172,66 min dollar təşkil edib. Göründüyü kimi, cari ilin on bir ayında idxal ixracı 3,1 dəfə üstələyib.

Hesabat dövründə 1 409 815,38 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 343 454,58 min dollar və ya 32,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR