Tbilisidə etiraz aksiyası yenidən bərpa olunub

Tbilisidə etiraz aksiyası yenidən bərpa olunub
# 02 iyun 2018 17:17 (UTC +04:00)

Son günlər Tbilisidə keçirilən “Məni öldürmə” şüarlı kütləvi aksiya parlamentin binası qarşısında yenidən bərpa olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yağışlı havaya baxmayaraq, aksiya iştirakçıları parlamentin qarşısına toplaşmağa başlayır.

Aksiyanın əsas tələbi ötən ilin dekabrında qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır.

Aksiyanın əsas təşkilatçısı olan qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze kütləvi aksiyanın baş nazir və hökumət istefa verənədək davam etdiriləcəyini bildirib.

Z. Saralidze bu gün Gürcüstan patriarxı II İlya ilə görüşüb. Daxili işlər naziri Giorgi Qaxariya Z. Saralidze ilə görüşə hazır olduğunu bildirsə də, o, görüşdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR