Mingəçevirdə narkotik alverçisi tutulub - FOTO

Mingəçevirdə narkotik alverçisi tutulub - FOTO
# 05 mart 2019 12:07 (UTC +04:00)

Mingəçevirdə narkotik alverçisi saxlanılıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Nemət Kərimov şübhəli şəxs qismində tutulub. Onun üzərinə baxış keçirilərkən narkotik maddə aşkar edilərək götürülüb.

Polis Şöbəsinin müstəntiqi Kərim İsmayılbəylinin ONA-ya verdiyi məlumata əsasən, davam etdirilən axtarış və araşdırmalar nəticəsində onun evindən 2 kiloqram 630 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR