BSU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

BSU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
# 05 oktyabr 2017 12:24 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BSU rektoru, professor Nurlana Əliyeva universitetin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edərək Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində mümkün olduğunu bildirib.

O, müəllimi olmayan millətin gələcəyinin olmadığını vurğulayıb. BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR