Saat 12.00-a olan seçici fəallığı

Saat 12.00-a olan seçici fəallığı
# 11 aprel 2018 10:50 (UTC +04:00)

Azərbaycanda keçirilən prezident seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

APA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 12:00-a qədər 2 milyon 93 min 343 nəfər səs verib.

Onun sözlərinə görə, bu, seçicilərin 39.39 faizi deməkdir.

Bildirilib ki, seçicilərin aktiv olduğu seçki dairəsi 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsində 46 min 600 seçicidən 20 min 775-i (44.58%) artıq səsvermədə iştirak edib: “Passiv seçki dairəsi isə 17 saylı Yasamal üçün seçki dairəsidir. Burada qeydiyyatda olan 40 min 068 seçicidən 10 min 271 (25.63) nəfəri səsvermədə iştirak edib”.

Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR