Gömrükçülər külli miqdarda pirotexniki vasitə və siqaret aşkarlayıb

Gömrükçülər külli miqdarda pirotexniki vasitə və siqaret aşkarlayıb
# 24 noyabr 2016 15:51 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitə və 1820 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR