"Barselona"nın futbolçusu "Everton"la müqavilə bağlayıb

"Barselona"nın futbolçusu "Everton"la müqavilə bağlayıb
# 01 avqust 2018 14:47 (UTC +04:00)

“Barselona”nın müdafiəçisi Luka Din karyerasını “Everton”da davam etdirəcək. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, 25 yaşlı futbolçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb.

Sazişin maliyyə detalları açıqlanmasa da, daha öncə fransız futbolçunun keçidinin Mersisayd klubuna 20 milyon avroya başa gəldiyi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, Luka Din 2016-cı ildən bəri “Barselona”da çıxış edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR