Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclasının keçirilməsi qərara alınıb

Azərbaycan-Hindistan hökumətlərarası komissiyasının iclasının keçirilməsi qərara alınıb
# 04 aprel 2018 17:01 (UTC +04:00)

“Azərbaycan və Hindistan arasında tarixi əlaqələr var. Bu gün təkbətək və geniş tərkibdə görüşlər zamanı siyasi, iqtisadi, enerji, mədəniyyət, ticarət, turizm və sair məsələlərə toxunduq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Hindistan XİN başçısı Suşma Svaracla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E. Məmmədyarov bildirib ki, görüşdə hökumətlərarası komissiyanın iclasının keçirilməsi qərara alınıb: “Hindistan tərəfi bu ilin mayında Dehlidə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsini təklif etdi. Bu gün iki sənəd imzaladıq. Enerji sahəsində əməkdaşlığımız uğurlu gedir. Şimal-Cənub nəqliyyat marşrutlarına böyük önəm veririk. Hindistan tərəfi buna maraq göstərir. Hindistan şirkətləri Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyur”.

E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı həmkarına məlumat verdiyini də söyləyib: "Həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ayrı-ayrı beynəlxalq sənədlərdə Azərbaycanın mövqeyi Hindistan tərəfindən dəstəklənir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR