ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
# 26 iyul 2017 23:35 (UTC +04:00)

ABŞ-ın Yuta ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Məlumata əsasən, Oqden şəhərində havaya qalxan “Beechcraft Bonanza” təyyarəsi bir neçə dəqiqədən sonra avtomobil magistralına çırpılıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR