Çovdarovun qohumu olan keçmiş MTN-çi: "Şahmar Türkiyədə axtarışda olduğuna görə Azərbaycana qayıtmalı olub" - YENİLƏNİB

Çovdarovun qohumu olan keçmiş MTN-çi: "Şahmar Türkiyədə axtarışda olduğuna görə Azərbaycana qayıtmalı olub" - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2016 15:43 (UTC +04:00)

Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin günün ikinci yarısında davam edən iclasında "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesdən sonra jurnalistlərə bildirib ki, jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı vəsatət versələr də, təmin edilməyib.

Vəkil deyib ki, zərərçəkmiş Şahmar Qurbanovun epizodu ilə bağlı ləğv edilən MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verib: "O ifadəsində dedi ki, Şahmar Qurbanov Bakıda bir çox şəxsə qarşı dələduzluq edib. O, uzun müddət Türkiyədə ticarətlə məşğul olub. Orada Hindistan vətəndaşına qarşı dəyəri 100 min dollardan baha olan brilyantı ələ keçirilib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyəndə dağıstanlılar əlindən alıb".

Vəkil bildirib ki, şahid Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edildiyini də deyib: "Şahmar ifadəsində deyib ki, Çovdarov tutulandan sonra Azərbaycana qayıdıb. İsgəndər isə barəsində axtarış olduğundan onu Azərbaycana qayıtdığını qeyd etdi".

Zərərçəkən Şahmar Qurbanov isə jurnalsitlərə açıqlamasında İsgəndər Hüseynovun dediklərinin yalan olduğunu bildirib: "İsgəndər Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Həm də Çovdarovun qonşusu olub. Birbaşa mənim ələhimə ifadə verdi. Çovdarova brilyantı elə onunla birgə gətirmişəm. Mən MTN-ə gələndə Akif Çovdarovun otağına İsgəndər aparıb. Əhmədlidəki evimi onun arvadının adına keçirmişəm".

Proses noyabrın 28-də davam edəcək.

***

saat 14.53

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir. Vəkil Şahin Rəfiyev jurnalistlərə deyib ki, prosesdə vəsatətlə çıxış edərək, cinayət işinə xitam, müvəkkili ilə istintaq təcridxanasında görüşə icazə verilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanov vəkillərin və prokurorun suallarını cavablandırıb. O, A. Çovdarova 500 min manat və brilyant verdiyi desə də, yerini və vaxtını xatırlamadığını bildirib. İclasda fasilə elan edilib.

Vəkil deyib ki, A. Çovdarovun nəfəs almaqda çətinlik çəkir, o, iclasda həkim nəzarətində olur.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR