Bakıda usta işlədiyi evdən 70 min manatlıq qızıl oğurlayıb

Bakıda usta işlədiyi evdən 70 min manatlıq qızıl oğurlayıb
# 18 noyabr 2016 08:33 (UTC +04:00)

Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis Bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70 000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR