Azərbaycanda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub
# 11 sentyabr 2015 10:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda soyğunçuluq və quldurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Ağsevən Kərimovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabiyev saxlanılıb.

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 8-də İbrahim Həmidlinin 85 manatını və mobil telefonunu quldurluq yolu ilə almış Zamiq Paşayev adlı vətəndaş tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR