"Enagas" şirkətinin rəhbəri: “Biz Azərbaycanı Avropa ilə birləşdirən çox mühüm qaz kəmərinə investisiya yatırırıq”

"Enagas" şirkətinin rəhbəri: “Biz Azərbaycanı Avropa ilə birləşdirən çox  mühüm qaz kəmərinə investisiya yatırırıq”
# 17 avqust 2015 16:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Biz Azərbaycanı Avropa ilə birləşdirən çox mühüm qaz kəmərinə investisiya yatırırıq”.

APA-Economics”in məlumatına görə, bunu “European CEO” qəzetinə müsahibəsində İspaniyanın “Enagas” şirkətinin İdarə Heyətinin sədri Marcelino Oreja Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindən danışarkən deyib. O bildirib ki, bu qaz kəməri Avropa Birliyi üçün mavi yanacaq tədarükünü təmin edəcək.

“Enagas” şirkətinin rəhbəri İspaniyanı Avropa ilə birləşdirən digər boru kəməri haqqında da danışıb. M. Oreja qeyd edib ki, təmsil etdiyi şirkət İspaniya və Fransa arasında MİDCAT adlanan boru kəmərinə investisiya yatırımında da iştirak edir.

O vurğulayıb ki, son 4 ildə şirkət 200-dən çox layihənin təhlilini aparıb və son dövrlərdə sadəcə 10 layihəyə sərmayə yatırıb.

Xatırladaq ki, pay bölgüsünə əsasən, BP, SOCAR və "Statoil" şirkətlərinin hər biri TAP-da 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas", 5%-i isə İsveçrənin "Axpo" şirkətinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR