Keçmiş vergi müfəttişi məhkəmədə ifadə verib

Keçmiş vergi müfəttişi məhkəmədə ifadə verib
# 04 mart 2019 12:14 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Ağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ağa Məmmədov özünü təqsirli bilməyib.

A. Məmmədov heç kimdən rüşvət almadığını, heç kimi rüşvətə təhrik etmədiyini deyib. Onun sözlərinə görə, daha əvvəl tanıdığı Elvin Manafov adlı şəxs ona zəng edərək Türkiyə vətəndaşı Füsun Baştürkün vergi ilə bağlı problemi olduğunu deyib: "Mənə sənədləri göstərəndə bildirdim ki, bu mühasibatlıq işidir. Mən də onları Vasif adlı mühasiblə görüşdürdüm və bu işi onun görəcəyini bildirdim. Sənəd işlərini Vasiflə görməli idilər. Elvin və Füsun xanım məni tanıyırdı. Ona görə də bu işi mən həll etmək istədim. Bu iş həll olunsa, Elvin mənə 500 manat verəcəkdi".

İttihama görə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlu əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib.

Məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə pul verilməsi müqabilində həll edəcəyini bildirib.

A. Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR