Avropa Komissiyası Yunanıstanın borc probleminin həli ilə bağlı yeni təklif irəli sürüb

Avropa Komissiyası Yunanıstanın borc probleminin həli ilə bağlı yeni təklif irəli sürüb
# 30 iyun 2015 08:05 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Yunanıstanın borc probleminin həlli üzrə razılaşma əldə edilməsi üçün bu ölkə hökumətinə son təklifini verib.


APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, J. K. Yunkerin təklifində otel xidmətlərinə görə ƏDV faizlərinin kreditorların əvvəl təklif etdiyi kimi 23% deyil, 13% səviyyəsində olması nəzərdə tutulur.

Təklifin qəbul olunacağı təqdirdə Avroqrup Yunanıstanın borclarının ödənilmə müddətinin uzadılması və faiz dərəcələrini aşağı salınmasına dair 2012-ci ildə bu ölkəyə verdiyi vədin gerçəkləşdirilməsinə baxa bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR