Avstriyada qəza ilə əlaqədar İtaliyada fövqəladə vəziyyət elan edilib

Avstriyada qəza ilə əlaqədar İtaliyada fövqəladə vəziyyət elan edilib
# 12 dekabr 2017 14:56 (UTC +04:00)

Avstriyada Rusiya qazını paylanmasını həyata keçirən mərkəzdə qəzanın baş verməsi ilə əlaqədar İtaliyada fövqəladə vəziyyət rejimi elan edilib.

APA-nın xəbərinə görə, bu barədə İtalyanın İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Qurumdan bildiriblər ki, italiyalı istehlakçılar üçün qazın tədarükü bütün hallarda tezliklə yeraltı anbarlarda saxlanılmış ehtiyat qaz hesabına təmin ediləcək.

Qeyd edək ki, bu gün Avstriyanın Baumqarten qazpaylamastansiyasında baş verən partlayış nəticəsində İtaliya, Macarıstan və Sloveniyaya qaz nəqli dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR