"FETÖ işi"nə görə tutulan AXCP üzvünün şikayəti üzrə məhkəmə başlayıb

"FETÖ işi"nə görə tutulan AXCP üzvünün şikayəti üzrə məhkəmə başlayıb
# 02 avqust 2017 14:09 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR