Binəqədi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib - FOTOSESSİYA

Binəqədi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 iyun 2018 07:51 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər İdman İdarəsi və AZLİNE Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Süleymanov, AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, AZLİNE Tədris Mərkəzində kurs keçən uşaqlar, Binəqədi rayon sakinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qeydiyyatda olan uşaqlar, Binəqədi rayonunda yaşayan şəhid ailələri, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar iştirak edib.

Çıxış edən AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev uşaqların ölkəmizin gələcəyi olduğunu və görülən bütün işlərin mərkəzində bu düşüncənin dayandığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A. Əliyeva ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edib. Natiq son illərdə ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı həyata keçirdiyi bütün sosial layihələrin mərkəzində uşaqların sağlam mühitdə yaşaması prinsipinin dayandığını söyləyib.

Tədbir AZLİNE Tədris Mərkəzində fəaliyyət göstərən uşaqların hazırladığı müxtəlif kompozisiyalar ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR