Oqtay Əsədov bəzi deputatlara xəbərdarlıq edib: "Telefonda qurdalanmağı yığışdırın!"

Oqtay Əsədov bəzi deputatlara xəbərdarlıq edib: "Telefonda qurdalanmağı yığışdırın!"
# 01 dekabr 2017 09:59 (UTC +04:00)

Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib.

APA-nın məlumatına görə, gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərərk bu hərəkətlərə son qoymağa çağırıb: “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam. Daha bəsdirin də! Telefonları gətirirsiniz iclasa, dinimirik. Heç olmasa, iclas zamanı zəngləri, telefonda qurdalanmağı yığışdırın! Diqqətiniz iclasda olsun!”


Qeyd edək ki, artıq bir müddətdir Milli Məclisə smartfonların keçirilməsi qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR