“Amrahbank” maliyyə göstəricilərini açıqlayıb

“Amrahbank” maliyyə göstəricilərini açıqlayıb
# 31 yanvar 2018 13:04 (UTC +04:00)

“Amrahbank”ın aktivlərinin həcmi 2018-ci ilin yanvarın 1-nə 204,771 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,48% azdır.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,1% azalaraq 138,419 mln. manat olub.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 21,3% azalaraq 159,706 mln. manat olub.

Hesabat dövründə bankın məcmu kapitalı 17,8% azalaraq 45 mln. 64 min 678 manat təşkil edib. Nizamnamə kapitalı isə dəyişməyərək 39,844 mln. manat olub.

Ötən ili bank 8 mln. 601 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR