Sulutəpə dairəsində təmir işləri yekunlaşıb

Sulutəpə dairəsində təmir işləri yekunlaşıb
# 06 oktyabr 2017 09:29 (UTC +04:00)

"Azəravtoyol" ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmiri başa çatdırılıb.


ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edib.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülüb.

Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.

Qeyd edək ki, bütün işlər ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR