Ceyhan limanından neft nəqli 9% artıb

Ceyhan limanından neft nəqli 9% artıb
# 07 noyabr 2016 09:49 (UTC +04:00)

Bu ilin oktyabr ayı ərzində 2 mln. 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 9,11% çoxdur. Bu həcmin 1 mln. 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 mln. 634 min 564 ton təşkil edib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 2,78% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 mln. 828 min 336 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR