Nazir: "Azərbaycan özünü enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaş kimi sübut edir"

Nazir: "Azərbaycan özünü enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaş kimi sübut edir"
# 30 may 2018 08:08 (UTC +04:00)

"Cari proqnozlara əsasən neft və qaz növbəti onilliklərdə də mühüm mövqeyə sahib olacaq".

"APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, dünyanın neft sənayesində baş verən meyllər Azərbaycanın neft siyasətinə də təsirsiz ötüşməyəcək.

"Azərbaycan ilk dəfə sənaye üsulu ilə neft hasil etmiş ölkə olaraq özünü təbii ki, yeni proseslərin fövqündə tarixi mövqeyini yenidən gücləndirməkdədir. Özünün neft və qaz ehtiyatları ilə Azərbaycan regionda və regiondan kənar enerji təhlükəsizliyinə töhfə verməklə beynəlxalq layihələrdə özünü etibarlı tərəfdaş kimi sübut edir, neft qiymətinin stabilləşməsində mühüm dəstəyini verməkdədir",- deyə P.Şahbazov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR