Gəncədə təcili tibbi yardım maşınının iştirakı ilə qəza baş verib

Gəncədə təcili tibbi yardım maşınının iştirakı ilə qəza baş verib
# 05 avqust 2017 07:55 (UTC +04:00)

Gəncədə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes-Benz" markalı təcili tibbi yardım maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR