Salyanda fərdi evdə yanğın olub

Salyanda fərdi evdə yanğın olub
# 10 dekabr 2017 23:02 (UTC +04:00)

Salyanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu, Gəncəli kəndində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğından tikilinin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR