Bakıda evdə 57 yaşlı qadının meyiti tapılıb

Bakıda evdə 57 yaşlı qadının meyiti tapılıb
# 24 noyabr 2017 14:48 (UTC +04:00)

Bakıda bağlı qapı arxasında meyit aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-cı il təvəllüdlü Mirsəlimova Gülnarə Mirsadiq qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR