Tovuzda avtomobil aşıb, ana və övladı xəsarət alıb

Tovuzda avtomobil aşıb, ana və övladı xəsarət alıb
# 25 iyul 2017 17:10 (UTC +04:00)

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR