Bank Of Baku

Bakıda kütləvi zəhərlənmə baş verən dönərxananın fəaliyyəti dayandırılıb - FOTO

Bakıda kütləvi zəhərlənmə baş verən dönərxana - "Dönər Market"

© APA | Bakıda kütləvi zəhərlənmə baş verən dönərxana - "Dönər Market"

# 13 dekabr 2021 11:13 (UTC +04:00)

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verən obyektin fəaliyyəti dayandırılıb

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma davam edir: “Ekspertizalar təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb".

Qeyd edək ki, Bakıda dönərdən zəhərlənən 8 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR