De Mistura: "Suriya ətrafında vəziyyət aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır"

De Mistura: "Suriya ətrafında vəziyyət aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır"
# 09 aprel 2018 23:47 (UTC +04:00)

Suriyanın Duma yaşayış məntəqəsində kimyəvi silahdan istifadə iddiaları aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, Dumaya aid debatlar beynəlxalq gərginliyin artması fonunda keçirilir: “Suriyada gərginliyin eskalasiyası təsəvvürümüzə gətirə bilmədiyimiz dərəcədə dağıdıcı nəticələrə gətirib çıxara bilər. Təhlükəsizlik Şurası buna yol verməməlidir”, deyə de Mistura qeyd edib.

İclas zamanı Rusiya və ABŞ-ın BMT-dəki daimi nümayəndələri bir-birilərinə qarşı sərt ittihamlar səsləndiriblər. ABŞ-la yanaşı Fransa və Böyük Britaniyanın BMT-dəki daimi nümayəndələri Dumadakı hadisələrə görə məsuliyyəti Rusiya və İranın üzərinə qoyublar.

Qeyd edək ki, bundan əvvəl ABŞ Duma şəhərində kimyəvi silah tətbiq olunması və azı 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Dumada kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR