“Qəbələ” və “Keşlə” qələbə qazanıb, “Səbail” son sıraya yuvarlanıb - VİDEO

“Qəbələ” və “Keşlə” qələbə qazanıb, “Səbail” son sıraya yuvarlanıb - VİDEO
# 30 noyabr 2019 18:56 (UTC +04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma keçirilib.

İlk oyun Qəbələdə baş tutub. “Zirə”ni qəbul edən çempionatın autsayderi böyükhesablı qələbə qazanıb – 3:0.

Bu, “Qəbələ”nin sonuncu pillədən qurtulması üçün kifayət edib. Ev oyunlarında ardıcıl ikinci darmadağına sevinən Elmar Baxşıyevin yetirmələri son sıranı “Səbail”ə veriblər.

Mükafatlar uğrunda mübarizə aparan “Keşlə” və “Sumqayıt” paytaxtda üz-üzə gəlib. Üç qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanlblar.

Bakılılar bu üç xalla 2-ci pilləyə yüksəliblər. Həmçinin “Sumqayıt”ın qış fasiləsinə qədər ilk “üçlüy”ə çatmayacağı da rəsmiləşib.

Qeyd edək ki, turun digər oyunları dekabrın 1-2-də keçiriləcək. Sabah “Səbail” “Neftçi”ni, ertəsi gün “Sabah” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XIII tur

30 noyabr (şənbə)
“Qəbələ” – “Zirə” - 3:0
Qollar:
Muradov, 13, Lopez, 41, Volkov, 70
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov
Baş məşqçi: Azər Bağırov
“Zirə”: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
Qəbələ şəhər stadionu, 15:00

“Keşlə” – “Sumqayıt” - 2:1
Qollar:
Boyoviç, 16, Frutos, 54 - Ağayev, 66
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Keşlə”: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“ASCO Arena”, 17:00

1

Qarabağ

12

8

3

1

21-5

27

2

Keşlə

13

6

4

3

16-10

22

3

Neftçi

12

6

3

3

20-11

21

4

Sumqayıt

13

5

2

6

17-19

17

5

Zirə

13

3

5

5

14-21

14

6

Sabah

12

3

4

5

14-15

13

7

Qəbələ

13

3

3

7

13-23

12

8

Səbail

12

3

2

7

9-20

11

Bombardirlər: Lorenzo Frutos ("Keşlə") - 6 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR