Milli Məclis DSMF-nin gələn il üçün büdcəsini təsdiqləyib

Milli Məclis DSMF-nin gələn il üçün büdcəsini təsdiqləyib
# 01 dekabr 2017 13:38 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsi səsə qoyulub.


"APA-Economics" xəbər verir ki, millət vəkilləri sənədin lehinə səs verərək qəbul edib.

Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,760 mln. manat səviyyəsində təsdiqlənib. Qeyd edək ki, Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək.

Növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır. Gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə - 1,9 mln. manat artım gözlənilir.

Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR