Bank Of Baku

Ağstafada qadın həyat yoldaşını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Ağstafada qadın həyat yoldaşını qətlə yetirib - YENİLƏNİB  - VİDEO
# 04 yanvar 2022 15:00 (UTC +04:00)

Ağstafada həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilən 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev Dövlət Sığorta Agentliyin Qazax filialının direktoru Mübariz Abdullayevin oğludur.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişə zəminində baş verib.

Polisin keçirdiyi əməliyyat axtarışları zamanı qətli törədən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb. O, ilkin ifadəsində hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, mərhumum iki qız övladı var.

***

12:56

Ağstafada kişi həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayev balta ilə öldürülüb. İlkin məlumata görə, hadisə onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Aynur Abdullayeva tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR