Gürcüstan prezidenti: “Rusiya əsgərləri Abxaziyada vandalizm törədir”

Gürcüstan prezidenti: “Rusiya əsgərləri Abxaziyada vandalizm törədir”
# 10 yanvar 2017 15:50 (UTC +04:00)

“Abxaziyanın Tsabal kəndində 19-cu əsrə aid kilsə və polyak qəbristanlığı dağıdılıb. Rusiya və Abxaziya onun yerində poliqon yaratmaq niyyətindədir”.

APA-nın “kavkaz-uzel”ə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. O bildirib ki, kilsənin dağıdılması Rusiya tərəfinin təşəbbüsüdür: “Bu, qəsdən həyata keçirilən vandalizm aktıdır və 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq hüquq normaların kobud şəkildə pozulması deməkdir. Beynəlxalq ictimaiyyət, UNESCO və digər beynəlxalq təşkilatlar Gürcüstan ərazisində Rusiyanın işğalçı qüvvələrinin qanunsuz hərəkətlərinə lazımi qiymət və müvafiq reaksiya verməlidir”.

Qeyd edək ki, Gürcüstanın separatçı Abxaziya regionu Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR